Modern.az

BTQ Azərbaycanın regional nəqliyyat-logistika mövqeyini daha da gücləndirdi

BTQ Azərbaycanın regional nəqliyyat-logistika mövqeyini daha da gücləndirdi

İqtisadiyyat

30 Oktyabr 2025, 13:04

İstifadədə olduğu illər ərzində Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ölkəmizin əsas dəmir yolu arteriyasına çevrilərək Azərbaycanın regional nəqliyyat-logistika mövqeyini daha da gücləndirib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, Orta Dəhlizin əsas seqmentlərindən olan BTQ modernləşdirilərək ötən ildən 5 milyon ton ötürücülük gücü ilə yükdaşımaları həm həcm, həm də sürət baxımından yeni mərhələyə qaldırıb.

Qeyd olunur ki, 8 il əvvəl bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti istifadəyə veriib. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişdirən strateji addım oldu.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq