Modern.az

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

5 Noyabr 2025, 16:01

Lənkərandan olan şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası vəfat edib. 

Modern.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən olan lənkəranlı şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası Mirəziz Səməd oğlu Şirvanov rəhmətə gedib. Mirəziz Şirvanov bir müddət əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək əməliyyatı keçirib. Əməliyyatdan bir neçə gün sonra o insult keçirib. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə təxliyə olunub. O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant  Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.

Şəhidin atası vəfat etdi - FOTO

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu