Modern.az

MÜSİAD-dan vergi güzəştləri ilə bağlı təkliflər

MÜSİAD-dan vergi güzəştləri ilə bağlı təkliflər

İqtisadiyyat

7 Noyabr 2025, 17:12

Hazırkı dövrdə qlobal iqtisadi dəyişikliklər, enerji bazarlarında dalğalanmalar və tədarük zəncirlərindəki gərginliklər bütün ölkələrin iqtisadi siyasətinə təsir göstərir. Bu şəraitdə Azərbaycan iqtisadiyyatında sabitliyin qorunması və sahibkarlıq fəaliyyətinin dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.

Son illərdə İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi islahatlar, şəffaf və rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına, sahibkarların fəaliyyət imkanlarının genişlənməsinə xidmət edir.

Modern.az-ın məlumatına görə, “MÜSİAD Azərbaycan” ictimai birliyi bu siyasəti dəstəkləyərək qeyd edir ki, vergi güzəştlərinin mərhələli şəkildə tənzimlənməsi həm dövlət maliyyə sabitliyi, həm də sahibkarların adaptasiyası baxımından daha məqsədəuyğundur.

Birliyin fikrincə, bu prosesdə keçid dövrünün müəyyənləşdirilməsi, strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılması və istehsal yönümlü fəaliyyətlər üçün ƏDV dəstəyinin davam etdirilməsi, enerji tariflərində mümkün güzəştlərin tətbiqi iqtisadi sabitliyə müsbət təsir göstərə bilər.

MÜSİAD Azərbaycan ictimai birliyi hesab edir ki, hər zaman olduğu kimi bu gün də islahatların uğuru üçün dövlət qurumları və sahibkar birlikləri arasında davamlı dialoq faydalıdır.

“Vergi siyasətində aparılan dəyişikliklər dövlətin iqtisadi islahat kursuna uyğun şəkildə həyata keçirilir.
Əsas məqsəd fiskal sabitliklə yanaşı, sahibkarların fəaliyyət mühitinin sabit qalmasıdır. Biz inanırıq ki, bu proses əməkdaşlıq və qarşılıqlı anlayış şəraitində davam edəcək”, - İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var