Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları ilə 8 milyon 265 min 607 sərnişin daşınıb.
Modern.az ADY-ə istinadən xəbər verir ki, bu, 2024-cü ilin 10 ayı ilə müqayisədə 1 milyon 324 min 152 sərnişin və ya 19,1 % çoxdur.
Təkcə oktyabr ayında isə ADY qatarları ilə 1 milyon 108 min 777 sərnişin daşınıb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 155 min 053 sərnişin və ya 16,2 % çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ADY 6 milyon 941 min 455 sərnişin, təkcə oktyabr ayında isə 953 min 724 sərnişin daşınıb.