Modern.az

Nazirin 1-ci müavinindən deputatların çıxışına REAKSİYA

Nazirin 1-ci müavinindən deputatların çıxışına REAKSİYA

İqtisadiyyat

21 Noyabr 2025, 13:13

“Cari ilin ilk 10 ayı ərzində 290 milyon manat həcmində kredit vəsaiti Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ayrılıb. Bu vəsaitin 66%-i, yəni təqribən 193 milyon manatı Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ölkənin digər regionlarına yönləndirilmişdir”.

Modern.az-ın məlumatına görə, bunu parlamentin plenar iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deputatların regionlarda iqtisadi sahələrə diqqət ayrılması ilə bağlı çıxışlarına cavab olaraq deyib. 

Nazir müavini bildirib ki, söhbət 5800 regional layihədən gedir və həmin layihələrin ümumi dəyəri 655 milyon manat təşkil edir. 

“Sevindirici haldır ki, bu kreditlərin 89%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Onlara 258 milyon manat məbləğində maliyyə dəstəyi ayrılmışdır”.

“Eyni zamanda sənayə zonaları ilə bağlı da qeyd etmək istərdim ki, Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, digər regionlarımızda yerləşən sənaye zonalarına 80 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Bu layihələr üzrə gələcəkdə əlavə 1 milyard 129 milyon manat investisiyanın qoyulması planlaşdırılır” – deyə E. Əliyev vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə