Modern.az

MİDA üçün Sarayda binalar tikiləcək - 31 milyonluq tender

MİDA üçün Sarayda binalar tikiləcək - 31 milyonluq tender

İqtisadiyyat

21 Noyabr 2025, 19:45

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC Abşeron rayonu, Saray qəsəbəsində 6 bina tikəcək.

Modern.az xəbər verir ki, MİDA-nın bununla bağlı keçirdiyi tenderin qalibi "GM Construction" MMC olub.

Şirkətlə bağlanan müqavilənin məbləği 31 milyon 255 min 488 manat 1 qəpik təşkil edir.

Müsabiqənin şərtlərinə görə, "GM Construction" MMC Saray qəsəbəsində 4.5 hektar torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli birmərtəbəli qeyri-yaşayış binası tikəcək. (Mənbə: oxu.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə