Modern.az

Elektron audit ləğv edilir - “Üfüqi monitorinq” tətbiq ediləcək

Elektron audit ləğv edilir - “Üfüqi monitorinq” tətbiq ediləcək

İqtisadiyyat

25 Noyabr 2025, 10:32

Beynəlxalq təcrübəyə uyğun olaraq vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya deyib.

O bildirib ki, gələn ildən beynəlxalq təcrübədə istifadə olunan “üfüqi monitorinq” mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğv edilməsi təklif olunur.

Nicat İmanov vurğulayıb ki, bu model vergi ödəyicisi ilə vergi orqanı arasında münasibətlərin daha açıq, operativ və əməkdaşlıq əsaslı şəkildə qurulmasına imkan verəcək. Yeni sistem çərçivəsində sənədlərin və məlumatların rəqəmsal platforma üzərindən qarşılıqlı mübadiləsi nəzərdə tutulur ki, bu da həm hesabatlığın, həm də nəzarətin effektivliyini artıracaq.

“Vergi inzibatçılığının sadələşdirilməsi və sahibkarlar üçün daha rahat vergi mühiti yaradılması istiqamətində 2026-cı ildə bir sıra mühüm yeniliklərin tətbiqi nəzərdə tutulur. Əsas məqsəd şəffaflığın artırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi və vergi administrasiyasının müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyi, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti ardıcıl şəkildə təkmilləşdirilir” - deyə, DVX rəsmisi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!