Modern.az

Nöqsanların aşkarlanmasında yeni model - Palata sənəd hazırladı

Nöqsanların aşkarlanmasında yeni model - Palata sənəd hazırladı

İqtisadiyyat

27 Noyabr 2025, 10:16

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Modern.az bu barədə Palataya istinadən xəbər verir.

İclasda Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti fəaliyyəti üzrə aşkar edilən nöqsanların təsnifləşdirilməsi ilə bağlı yeni sənəd layihəsi təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Kollegiya üzvləri tərəfindən nöqsan təsnifatının məzmunu, nöqsanların sistemləşdirilməsi və altkateqoriyalara bölünməsi, bunun müvafiq İnformasiya Sistemində nəzərə alınması və gələcəkdə nöqsanlara dair vahid yanaşmanın tətbiqi imkanları, həmçinin nöqsanların qarşısının alınmasına yönəlmiş tövsiyələrin icrasına nəzarət mexanizmləri müzakirə edilib. Müzakirələrin nəticələrinə əsasən sədr tərəfindən kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

İclasın sonunda gündəlikdəki məsələ üzrə müvafiq qərar qəbul edilib.

Sizə yeni x var
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı