Modern.az

Dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib

Dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib

İqtisadiyyat

27 Noyabr 2025, 11:40

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 371,3 milyon manat kredit verilib.

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,3 % azalaraq 351 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 % azalaraq 63,9 milyon manata düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı