"3+3" formatında növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib.
Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik”ə bildirilib ki, görüşün təşkili bir neçə aydır ki, müzakirə olunur.
İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.
Nazirlikdən xatırladılıb ki, əvvəlki görüşdən sonra regional məsləhətləşmə platformasının iştirakçıları növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsi barədə qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər.
XİN-dən aydınlıq gətirilib ki, "bu mövzuda konstruktiv müzakirələr davam edir".
"3+3" formatına Türkiyə, Azərbaycan, İran, Ermənistan, Rusiya və Gürcüstan daxildir.