Modern.az

Qeyri-neft gəlirləri artacaq - Sahil Babayev

Qeyri-neft gəlirləri artacaq - Sahil Babayev

İqtisadiyyat

2 Dekabr 2025, 15:31

Qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 5 faiz bənd artaraq 63 faizə çatacaq. Demək olar ki, biz növbəti illərdə artıq icmal büdcəmizin 3-də 2-sini hissəsini qeyri-neft sektorunun hesabına təmin edəcəyik.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev bildirib.

“Bu tendensiya davam edəcək ki, 2029-cu ilə qədər bizim proqrnozumuz bu rəqəmin 69-70 faizə çatması nəzərdə tutulur. Bu istiqamətdə görüləcək işlər ilk növbədə ölkəmizin neft asılığının daha da aşağı salınmasına imkan verəcək və qeyri-neft sektorunun inkişafının daha da sürətlənməsinə şərait yaradacaqdır. Eyni zamanda dövlət büdcəsinin qeyri-neft gəlirlərində vergi gəlirlərinin xüsusi çəkisi artacaqdır. İcmal büdcəmizdə bu göstərici 63 faiz, dövlət büdcəsində isə 57,4 faiz olacaqdır və ümumilikdə qeyri-neft gəlirlərində vergi gəlirlərinin payı 79 faiz olacaqdır. Bu iki göstəricinin hər ikisi də son 20 ildə ən yüksək göstəricilərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır