Modern.az

Azərbaycanı gələn il nə gözləyir?

Azərbaycanı gələn il nə gözləyir?

İqtisadiyyat

2 Dekabr 2025, 21:11

"Fitch Solutions" (Fitch Group) beynəlxalq analitik şirkət Azərbaycanın 2025–2027-ci illər üzrə iqtisadi mənzərəsi ilə bağlı yeni proqnoz dərc edib.

Modern.az xəbər verir ki, şirkətin qiymətləndirməsinə görə, ölkə iqtisadiyyatı yaxın üç ildə sabit, lakin orta tempdə artacaq.

Şirkətin yenilənmiş rəqəmlərinə əsasən, 2025-ci ildə ÜDM artımı 2,6%, 2026-cı ildə 2,4%, 2027-ci ildə isə 2,3% təşkil edəcək. Artımın yavaşıması əsasən qlobal neft qiymətlərinin dəyişkənliyi ilə əlaqələndirilir. Proqnozlara görə, 2025-ci ildə dünya bazarında neftin qiyməti təxminən 15% aşağı düşə bilər, bu isə Azərbaycanın enerji sektorunun gəlirlərinə birbaşa təsir göstərəcək.

Bununla belə, şirkət 2026–2027-ci illər üçün ehtiyatlı optimizmi qoruyur. Sanksiyaların Rusiya ixracına təsiri nəticəsində qlobal bazarda balans dəyişə və qiymətlərin yenidən artım mərhələsinə keçməsi istisna olunmur.

2028–2034-cü illəri əhatə edən dövrdə iqtisadi artım tempinin 2,4–3,6% aralığında dəyişəcəyi gözlənilir. "Fitch Solutions"hesab edir ki, Azərbaycanın nominal ÜDM-i 2034-cü ildə 187 milyard dollara yaxınlaşa bilər.

FS-in yenilənmiş proqnozuna görə, ortaillik inflyasiya2025-ci ildə 5,7%, 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4,8% olacaq.

Bu rəqəmlər əvvəlki proqnozlara nisbətən bir qədər aşağıdır. Uzunmüddətli dövrdə inflyasiya 4,8–5% intervalında dəyişəcək.

Proqnozlara görə, Azərbaycan iqtisadiyyatı qarşıdakı illərdə neft qiymətlərindən asılılığın yaratdığı risklərlə üzləşsə də, ümumi dinamika sabit inkişaf trayektoriyasını qoruyacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?