Modern.az

Mərkəzi Bank yoxlama prosesini avtomatlaşdırdı

Mərkəzi Bank yoxlama prosesini avtomatlaşdırdı

İqtisadiyyat

3 Dekabr 2025, 10:40

Azərbaycan Mərkəzi Bankı (AMB) nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə "SupTech" (nəzarət texnologiyaları) həllərinin tətbiqinə əsaslanan "Nəzarət yoxlamalarının idarə edilməsi" layihəsini uğurla həyata keçirib.

Modern.az AMB-yə istinadən xəbər verir ki, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi nəzarət yoxlamalarının idarə edilməsi üçün xüsusi bir platforma tətbiq edərək yoxlamaların planlaşdırılmasını, aparılmasını və nəticələrinin izlənilməsini tam avtomatlaşdırmaq, məlumatları vahid bazada toplamaq və risk əsaslı nəzarət metodunu effektiv şəkildə həyata keçirmək olub.

Görülən işlər çərçivəsində maliyyə institutlarına nəzarəti həyata keçirən AMB-nin aidiyyəti departamentləri öz yoxlama funksiyalarının effektiv icrası üçün müvafiq proqram təminatı ilə təmin edilib. Yoxlamaların bu proqram təminatı vasitəsilə aparılması proseslərin risk əsaslı prioritetləşdirilməsinə, yoxlama planlarının daha effektiv tərtib edilməsinə və maliyyə institutlarına verilmiş göstərişlərin icra vəziyyətinin operativ izlənilməsinə imkan verib. Eyni zamanda, avtomatlaşdırma çərçivəsində yoxlama prosedurlarının standartlaşdırılması, yoxlama hesabatlarının öncədən müəyyən edilmiş formalara uyğun olaraq daha qısa müddət ərzində tərtib edilməsi və bütün məlumatların vahid elektron məlumat bazasında saxlanılması mümkün olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı