Modern.az

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

İqtisadiyyat

3 Dekabr 2025, 14:42

“Son günlər tez-tez sual verirlər ki, 2026-cı ildə ölkədə benzin-dizel qiymətləri artacaq, ya yox?!”

Modern.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Azərbaycanda Aİ92 benzini və dizelin qiymətlərini hökumət müəyyənləşdirir, qiymət təyin edəndə dünya bazarı, məntiq nəzərə alınmır, ancaq hökumətin öz “məntiqi” işləyir:

“Ona görə də, iqtisadçılar bu haqda proqnoz verə bilmirlər, çünki, peşəkar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi-aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu kriterlər işləmir.

Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı, Aİ92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb, ona görə bu addımı atıblar – 2024-cü ilin iyun ayının 30-da “Brent” markalı neftin bareli 86 dollar idi.

Yəni, hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bu gün “Brent” markalı nefrin qiyməti 63 dollardır, deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin-dizelin qiymətini, heç olmasa, 10-15% ucuzlaşdırmalıdır.
Gələn il isə neft qiyməti daha aşağı olacaq, 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması gözlənilir.

Deməli, hökumət benzin-dizelin qiymətini artırmamalı, hətta, heç olmasa özləri-öz məntiqlərinə hörmət edirlərsə, bir az ucuzlaşdırmalıdır. Amma, edəcəkmi, ucuzlaşma olacaqmı – inanmıram. Bahalaşdıra bilərlərmi – bəli, buna inanıram, çünki bizim bildiyimiz, anladığımız məntiqlə, hökumətin, əsas da hüquqşünas olan iqtisadi blok nazirlərinin “məntiqi” eyni deyil..."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?