Modern.az

Xaricdən gələn gəlirlərin vergisi azaldıla bilər

Xaricdən gələn gəlirlərin vergisi azaldıla bilər

İqtisadiyyat

4 Dekabr 2025, 18:39

Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər üçün xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərindən vergilər 9 faiz aşağı salına bilər.

 

Modern.az xəbər verir ki, bu "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

 

Dövlət Vergi Xidmətindən verilən açıqlamada bildirilir ki, növbəti ildən həmin vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təklif olunur:

 

"Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 faiz vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!