Modern.az

Azərbaycan neftinin Ermənistana satılacağı TARİX

Azərbaycan neftinin Ermənistana satılacağı TARİX

İqtisadiyyat

8 Dekabr 2025, 17:10

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyəcəyi ilə bağlı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanat verib.

“Gürcüstan hökuməti bu il dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə “Gürcüstan Dəmir Yolları”na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib”, - məlumatda deyilir. 

Qeyd olunub ki, Gürcüstan Azərbaycan və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və olmaqda davam edir, həmçinin regionda sülh və sabitliyi dəstəkləyir.                                                                                                 

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan Ermənistanın resurs təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir:

“Azərbaycan müharibədən sonra olduqca aydın gündəlik ortaya qoyub. Bu gündəlik ondan ibarətdir ki, regionda iqtisadi əlaqələr bərpa olunmalı, Zəngəzur dəhlizi də daxil olmaqla, Şimal-Cənub nəqliyyat dəhlizi və Şərq-Qərb nəqliyyat dəhlizi inkişaf etdirilməlidir. Bu istiqamətdə Azərbaycan sadəcə beynəlxalq aktorlarla deyil, regional aktorlarla da açıq və səmimi münasibətlər qurmağın tərəfdarı olduğunu bildirib.

O da qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin Gürcüstana, eyni zamanda Gürcüstanın baş naziri və prezidentinin Azərbaycana səfəri baş tutub. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Gürcüstan və Ermənistan münasibətlərinin də müsbət zəmində inkişafı üçün şərait yaradıb, regional əməkdaşlığı təşviq edir. Həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bir daha Azərbaycanın Ermənistanın resurs təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini göstərir”.

Parlamentari söyləyib ki  qeyd edilən məsələnin reallaşması üçün ilk növbədə iki ölkə arasında diplomatik münasibətlər qurulmalıdır:

“Diplomatik münasibətlərin qurulması sözsüz ki, sülh müqaviləsinin imzalanmasından keçir. Sülh müqaviləsinin imzalanmasına qədər də baş tutmalı olan məsələ bəllidir. Bu, Ermənistanın Kontitusiyasının dəyişməsidir. Əgər təbii ki, Azərbaycan nefti Ermənistana satılarsa ki, bunun olacağını artıq sülh müqaviləsindən sonra demək olar, o təqdirdə Azərbaycan neft satışını diversifikasiya edəcək, Ermənistan da Azərbaycan neftindən istifadə etməklə yanacaq təhlükəsizliyini təmin edəcək. Bu, şübhəsiz ki, Azərbaycanın uğurlu enerji siyasətindən, eyni zamanda sülh gündəliyinin inkişaf etdiyindən xəbər verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK