Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanın Macarıstana böyük həcmdə qaz ötürməsi gözlənilmir:
"Azərbaycanın bütün Avropaya verdiyi qazın ümümi həcmi bir il üçün orta hədd olaraq 11 milyard kubmetrdir. Bu həcmin daha çox hissəsini İtaliya alır. Çünki İtaliya ilə ölkəmiz arasında uzunmüddətli müqavilə var.
Macartanın geosiyasi mövqeyi təhlükəlidir. Ölkəyə Rusiya qazı Ukrayna vasitəsilə çatdırılırdı. Müharibə axına ciddi maneə oldu.
Macarıstana gedən "Drujba" kəməri Rusiya-Ukrayna müharibəsi nəticəsində ciddi zədələr alıb.
Kəmərdən qazın ixracı dayandırdığına görə Macarıstan alternativ yollar axtarır.
Azərbaycan qazının ora çatdırılması ölkənin bir müddət idarə olunması üçün böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, Macarıstan hal-hazırda çoxşaxəli qaz idxalı modelinə keçidə cəhd edir. Planda Rusiya qazının Türkiyə vasitəsi ilə istehlakı var. Bunu üçün heç bir sanksiya ehtimalı da yoxdur".