Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Serbiyaya cəmi 189,4 milyon kub metr təbii qaz ixrac edilib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Serbiya Komitəsi məlumat yayıb.
Məlumata görə, Serbiyaya ixrac edilmiş qazın dəyəri 105,1 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 154,1 milyon kub metr (5,3 dəfə), dəyərində isə 92,1 milyon dollar (8,1 dəfə) kəskin artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Serbiyaya 12,9 milyon dollar dəyərində 35,3 milyon kub metr qaz ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Serbiyaya ixrac edilmiş qazın hər 1000 kub metrinin orta dəyəri 555 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 188 dollar (51%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 367 dollara bərabər olub.