Cari ildə Aqrar Biznes Festivallarında 8 milyon manatdan artıq satış icra olunmuşdu.
Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunmuşdur.
"Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmiş, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak etmiş, 8 milyon manatdan artıq satış icra olunmuşdu. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilmişdir".