Modern.az

Azərbaycana tütün idxalı artıb

Azərbaycana tütün idxalı artıb

İqtisadiyyat

18 Dekabr 2025, 13:40

Bu ilin ilk 11 ayında Azərbaycana 118,9 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.

Modern.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, tütün idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11,9 milyon dollar, başqa sözlə 11,1% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 107 milyon dollar dəyərində tütün məhsulları gətirilmişdi.

Bu il 11 ayında ümumi idxalın 0,56%-i tütün məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,57% idi. (mənbə: fed.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!