Modern.az

Azərbaycan neftinin qiyməti cüzi ARTIB

Azərbaycan neftinin qiyməti cüzi ARTIB

İqtisadiyyat

19 Dekabr 2025, 09:50

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,47 ABŞ dollar və yaxud 0,74 % artaraq 63,87 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır