Modern.az

Prezident bu yolun təmirinə 1,4 milyon manat ayırdı

Prezident bu yolun təmirinə 1,4 milyon manat ayırdı

İqtisadiyyat

19 Dekabr 2025, 12:47

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yolları əsaslı təmir ediləcək.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

“Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün müvafiq yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi həmin avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır