Modern.az

“Bakı Metropoliteni”nin zərəri 139 mln. manatı ötüb

“Bakı Metropoliteni”nin zərəri 139 mln. manatı ötüb

İqtisadiyyat

22 Dekabr 2025, 11:10

"Bakı Metropoliteni" QSC 2024-cü ili 139 milyon 616 min manat zərərlə başa vurub.

Modern.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.

Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 20.6% artaraq 100 milyon 647 min manat, Hökumət subsidiyalarından gəliri 30.2% 50 milyon manat, digər gəlirləri isə 4.4% azalaraq 5 milyon manat təşkil edib.

Beləliklə "Bakı Metropoliteni" QSC-nin yığılmış zərəri 4,7 % artaraq 3 milyard 109,540 milyon manata çatıb.

Bu il yanvarın 1-nə "Bakı Metropoliteni"nin aktivləri 418 milyon 818 min manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə metronun öhdəlikləri 34 % artaraq 33 milyon 287 min manata yüksəlib, balans kapitalı isə 1,1 % azalaraq 385 milyon 531 min manata enib.

Hesabatda qeyd edilib ki , Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılmasını təsdiq edin.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır