"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə "Bakı Metropoliteni"nin xalis zərəri 62 milyon 741 min manat və ya 81,6% artıb.
İqtisadçı alim Zahid Məmmədov məsələ bağlı Modern.az-a açıqlama verib.
O qeyd edib ki, yaranmış zərərlə bağlı təşkilatın daxilində ciddi təhlillər aparılmalıdır. Gəlir potensialından necə istifadə olunması analiz olunmaldır:
"Metropoliten reklam bannerləri və balansında olan ərazilərdə ticarət obyektləri hesabına da gəlir əldə edir. Sıx sənişin daşınması və subsidiya isə əsas vəsaiti formalaşdırır.
İnzibati idarə heyətinin əməkhaqqına baxılmalıdır.
Əgər hər hansı bir təşkilat zərərlə fəaliyyət göstərirsə, xidməti maşından istifadə olunmamalıdır.
Dünya təcrübəsində ictimai nəqliyyat, eləcə də metro üçün müddətli bilet alınır. Bir dəfə ödəniş etməklə sərnişin dəfələrlə nəqliyyatdan istifadə edir. Lakin ili zərərlə başa vurmur.
Bizdə isə hər gediş üçün ayrılıqda ödəniş olunur, lakin təşkilat ziyana düşür. Hər giriş üçün nəqliyyata ayrılıqda ödəniş edilməsi heç bir ailənin büdcəsinə uyğun deyil".