Modern.az

Ermənistanla Azərbaycan özəl sektorda mübadilə edə bilər

Ermənistanla Azərbaycan özəl sektorda mübadilə edə bilər

İqtisadiyyat

22 Dekabr 2025, 18:02

"Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin şaxələndirilməsi haqda danışmaq hələ tezdir".

Bu sözləri Moder.az-a iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, perspektivlər var lakin bu, hələ dövlət səviyyəsində mümkündür:

"Ölkələrin bir-birini tamamilə tanıması üçün müəyyən zaman lazımdır. Hazırda onun reallaşması mümkün deyil.  Əvvəl pul köçürmələrinin başladılması, məhsulların sığortalanması və s. kimi əməliyyatlar olmalıdır. Özəl sektorların qarşılıqlı tanıtım prosesi getməlidir".

İki ölkə arasındakı iqtisadi əlaqələri yaxşı hal kimi qiymətləndirən N.Cəfərli qeyd edib ki, Ermənistan Azərbaycana kənd təsərrüfatı malları, spirtli və spirtsiz içkilər, zərgərlik məmulatları ixrac edə bilər.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır