Modern.az

MÜSİAD Azərbaycanın İdarə Heyətinə yeni sədr seçildi

MÜSİAD Azərbaycanın İdarə Heyətinə yeni sədr seçildi

İqtisadiyyat

23 Dekabr 2025, 11:54

MÜSİAD Azərbaycanın İdarə Heyətinə yeni sədr seçilib.
Modern.az xəbər verir ki, MÜSİAD Azərbaycanın 5-ci Ümumi Yığıncağında üzvlərin yekdil qərarı ilə MÜSİAD Azərbaycanın III dövr sədrliyinə  Fuat Kayhan gətirilib

Səsvermədən sonra MÜSİAD Azərbaycan idarə Heyətinin yeni sədri Fuat Kayhana söz verilib.

F.Kayhan çıxışı zamanı qeyd edib ki, hədəf fəaliyyətləri əvvəlki dövrlə müqayisədə daha da irəliyə daşımaq olavaq:

“MÜSİAD Azərbaycanın 3-cü idarəsi bizə əmanət edildi. Fəaliyyətlərini daha da irəli daşıyıb, bizdən sonra gələnlərə təhvil verəcəyik. İdarə Heyətimizdə bir qadın üzvümüz-Leyla Filiz də var. Biz Qadın üzvlərimizin sayını daha da artırmağa çalışacağıq. Bir daha hamınıza təşəkkür edirəm".

İdarə heyətinin yeni üzvləri isə aşağıdakılardır:

-Hüseyn Yapar
-Emin Əzizli
-Saleh Abdullauev
-Fatih Uzun
-Azər Göyüşov
-Remzi Mişeli
-Radil Fətəliyev
-Ruslan Fərzəliyev
-Qurbanəli Əliyev
-Samir Baboğlu
-Leyla Filiz 
-Akif Başoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır