Oğuz şəhərində fəaliyyət göstərən şirkət gələn ilin əvvəli ləğv olunur.
Modern.az xəbər verir ki, "Oğuz-Məişət" Açıq Səhmdar Cəmiyyəti 9 fevral 2026-cı il tarixində səhmdarların ümumi yığıncağını keçirəcək.
İclas ASC-nin Oğuz şəhəri, Əzizbəyov küç, 7 ünvanında yerləşən inzibati binasında olacaq.
Səhmdarların ümumi yığıncaqda "Oğuz-Məişət" ASC-nin ləğv edilməsi, səhmlərinin dövlət qeydiyyatından çıxarılması, cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi, əmlakın Cəmiyyətin balansindan çıxarılması, ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi müzakirə olunacaq.