MÜSİAD üzvləri təkcə bu il Azərbaycan iqtisadiyyatına 93 milyon manat investisya qoyub.
"MÜSİAD Azərbaycan" İctimai Birliyinin V Ümumi Yığıncağında MÜSİAD Azərbaycan İdarə Heyətinin sabiq sədri Rəşad Cabirli deyib.
“Burada bir araya gəlməyimiz ümumi yığıncaq deyil. Bu həm də Türkiyə-Azərbaycan qardaşlığının ticarət və sahibkarlıq sahəsində birliyinin nümayişidir. Azərbaycan və Türkiyə arasında qardaşlıq sarsılmaz və əbədidir. 2021-ci ilin iyun ayında Prezudent İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa bəyannaməsi əməkdaşlığımızı strateji səviyyəyə yüksəldilib. Bəyannamədə bütün sahələrdə əməkdaşlığın dərinləşdiroıməsi hədəf qoyulub. Bu istiqamətdə fəaliyyət göstərmişik, göstəiririk. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") 100 üzvü 8,5 min şəxsi işlə təmin edib. MÜSİAD Azərbaycan üzvləri Azərbaycan iqtisadiyyatına 167 milyon manat investisya qoyub. 93 milyon manat investisya təkcə bu il qoyulub”.