Modern.az

Ermənistan Azərbaycan benzini üçün nə qədər ödəyib? - AÇIQLAMA

Ermənistan Azərbaycan benzini üçün nə qədər ödəyib? - AÇIQLAMA

İqtisadiyyat

24 Dekabr 2025, 10:15

Ermənistan idxal etdiyi Azərbaycan benzini üçün 1,5 milyon dollar ödəniş edib. 

Modern.az xəbər verir ki, bu barədə “Bizim Yolumuz” xalq hərəkatının koordinatoru Narek Karapetyan erməni jurnalistlərə açıqlama verib.

O həmin məbləğdən təxminən 250-300 min dolların Azərbaycan büdcəsinə vergi şəklində daxil olacağını da əlavə edib. 

Xatırladaq ki, dekabrın 18-də Azərbaycan SOCAR-ın istehsal etdiyi 1220 ton Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərilib. Kommersiya əsaslı razılaşma üçün ödəniş dünya bazarlarındakı qiymətə uyğun aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır