Modern.az

Milli Depozit Mərkəzinin yeni sədri - DOSYE

Milli Depozit Mərkəzinin yeni sədri - DOSYE

İqtisadiyyat

8 Yanvar 2026, 10:48

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub. 

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarına əsasən, Elçin Ağaməmməd oğlu Əlizadə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Modern.az yeni sədrin dosyesini təqdim edir:

Elçin Ağaməmməd oğlu Əlizadə 1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi başlayan Elçin Əlizadə 2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışıb.

2020-ci ilin iyun ayından etibarən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

2022-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb. 2023-cü ilin fevral ayında İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri, 2025-ci ildə isə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının sədri seçilib.

Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır