Modern.az

Onlar bu rüsumlardan azad edildi

Onlar bu rüsumlardan azad edildi

İqtisadiyyat

8 Yanvar 2026, 13:34

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib.

Modern.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu siyahıya əlavə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi