Modern.az

Mərkəzi Bank uçot dərəcəsini ARTIRACAQ

Mərkəzi Bank uçot dərəcəsini ARTIRACAQ

İqtisadiyyat

9 Yanvar 2026, 09:58

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin I rübündə uçot faiz dərəcəsini dəyişməyərək 6,75% səviyyəsində saxlayacaq.

Modern.az xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə korporasiyası "ING Group"un yenilənmiş proqnozunda bildirilib.

Bununla belə, ING hesab edir ki, AMB ilin II rübündə uçot dərəcəsini 7 %-ə, III rübdə 7,25 %-ə, IV rübdə isə 7,75 %-ə çatdıra bilər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabrın 10-da üçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,75 %-ə endirib. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il fevralın 4-də açıqlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır