Modern.az

Azərbaycana yeni BYD-lər gəlir

Azərbaycana yeni BYD-lər gəlir

İqtisadiyyat

9 Yanvar 2026, 13:26

Çin elektrik avtomobil istehsalçısı BYD yeni bir brendini təqdim edib.

Modern.az xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin  sənədlərinə görə, yeni brend Linghui adını daşıyacaq.

Linghui brendi altında BYD məşhur Qin PLUS sedanına əsaslanan Linghui e5, Xia DM-i çoxməqsədli nəqliyyat vasitəsinə əsaslanan M9 və Han elektrik sedanının bir versiyası olan Linghui e9 kimi variantlar təklif edəcək.

Linghui brendi, BYD-nin avtomobil parkı və taksiləri yeniləmək və bazar rəqabətini qorumaq üçün atılıb.

Yeni brend altında avtomobillərin Azərbaycana da ixrac edilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır