Modern.az

Hansı bankın yanacaq kəşbəki daha sərfəlidir? – SİYAHI

Hansı bankın yanacaq kəşbəki daha sərfəlidir? – SİYAHI

İqtisadiyyat

9 Yanvar 2026, 13:42

Bank kartları arasındakı rəqabət müştərilər üçün cəlbedici təkliflərdə özünü göstərir.  Həmin təkliflərdən biri də market, restoran və sair obyektlərlə yanaşı, YDM-larda (yanacaq doldurma məntəqəsi) xərclənən vəsaitlərdən geri qayıdan «kəşbək»lərdir.

Əhalinin xərclərinin içərəsində YDM-lərdə xərclənən vəsait böyük yer tutur. Yancaq qiymətlərinin artması isə əhalinin bu yükünü daha da artıracaq. Benzinin və dizelin qiymətinin bahalaşması avtomobil sahiblərinin kart seçimlərinə daha çox təsir etməyə başlayacaq. Buna görə, «yanacaq kəşbək»i təklif edən bank həmin şəxslərin diqqətini daha çox cəlb edə bilər.

Modern.az xəbər verir ki, FED-az avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb. Araşdırma göstərir ki, Azərbaycanda müxtəlif banklar tərəfindən təqdim olunan kartlar vasitəsilə YDM-lər üzrə ödənişlərdən 0,5-5% aralığında «kəşbək» qazanmaq mümkündür.

Bank kartları və yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan «kəşbək» dərəcələri aşağıdakı cədvəldə qeyd edilib:

Qeyd edək ki, Kapital Bankda müştərilərə hər ay müxtəlif kateqoriyalarda seçim imkanı verilir. Bəzi hallarda YDM-lərdə də kəşbək qazanmaq mümkün olur.

*Ailə başçısı kateqoriyasın ilə yalnız ABB POS-termianllarında istifadə edən zaman kəşbək qazanmaq mümkündür.

**XalqKart PETROL kartı ilə bütün nağdsız ödənişlərdən 3% oil-bonus qazanmaq olar. Daha sonra bu bonusları Azpetrol YDM-lərdə istifadə etmək mümkündür

*** Yalnız Bank of Baku-ya aid POS terminallar vasitəsilə ödəniş olunmalıdır.

 

Bank

Kartın adı

YDM-də qazanılan cashback faizi

Aylıq maksimum cashback limiti

1

Azərbaycan Beynəlxalq Bankı ABB*

Bütün kartlarda "Faydalı"
kəşbək kataqoriyasına uyğun

"Kapitalist" kateqoriuası ilə 0,5%
"Ailə başçısı kateqoriyası" ilə İST Petrolda - 5%

10 manat
20 manat

2

Azər‐Türk Bank

ATB Debet Card

1%

200 manat

3

Bank Respublika

Neo Standart
Neo Premium

2% (limitdən sonra 0,5%)

10 manat
30 manat

4

Unibank

Ucard Classic

SOCAR - 2%

10 manat

5

XalqBank**

XalqKart Cashback
XalqKart PETROL

2%
3%

30 manat

6

Yelo Bank

Yelo Card

5%

10 manat

7

Rabitəbank

Kartmane
"Yaşıl kəşbək"

5%
Kart vasitəsi ilə ödəniş - 0,5%
Apple Pay və Google Pay vasitəsi ilə ödəniş - 1,5%

30 manat

8

Bank of Baku***

Bolkart Debet

SOCAR, "Azpetrol" YDM-larda 1,5%

10 manat

9

AccesBank

MyCard Standar

3%

30 manat

10

AFB Bank

Mono Premium

2%

30 manat

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır