Modern.az

Azərbaycan İsrail şirkətindən 270 milyonluq pay ala bilər

Azərbaycan İsrail şirkətindən 270 milyonluq pay ala bilər

İqtisadiyyat

12 Yanvar 2026, 15:11

Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) şirkətində 270 mln. dollarlıq pay ala bilər.

Modern.az xəbər verir ki, "APA-Economics"in əldə etdiyi məlumata görə, Azərbaycan İnvestisiya Holdinqi (AIH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır.

Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır