Modern.az

"Azərişıq" bu işlərə 29 milyon manat ayırdı

"Azərişıq" bu işlərə 29 milyon manat ayırdı

İqtisadiyyat

13 Yanvar 2026, 10:02

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq "Radiozavod" yarımstansiyası 110/35/10 kV-luq, 2x40 MVA gücündə “GİS” tipli, tam qapalı sistemlə yenidən qurulacaq. Layihə çərçivəsində həmçinin 110 kV-luq “Həzi Aslanov” xətinin modernləşdirilməsi nəzərdə tutulub.

Modern.az xəbər verir ki, yenidənqurma işlərini həyata keçirmək üçün “AZƏRİŞIQ” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müsabiqədə 28.905.738,83 azn müəyyən edilib.

Təkliflərin təqdim olunma müddəti 26 fevral 2026, saat 15:00-də başa çatacaq. Eyni zamanda zərflərin açılışı da həmin tarixdə və saatda həyata keçiriləcək.

“AZƏRİŞIQ”-ın məlumatına görə, layihənin əsas məqsədi yarımstansiyanın texniki göstəricilərini artırmaq, enerji təchizatının etibarlılığını gücləndirmək və modern enerji idarəetmə sisteminə keçiddir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır