Modern.az

Su təchizatı üçün 1,2 milyon pul ayrıldı

Su təchizatı üçün 1,2 milyon pul ayrıldı

İqtisadiyyat

14 Yanvar 2026, 13:44

Azərbaycanda tullantı su təchizatı sistemlərinin istismar keyfiyyətini artırmaq məqsədilə irimiqyaslı mal-material satınalmasına başlanılıb.

Modern.az xəbər verir ki, "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi tullantı su təchizatı infrastrukturunun saxlanılması və istismarı üçün zəruri olan avadanlıqların satın alınması üzrə 1 190 244,00 AZN-lik tender elan edib.

Müsabiqə çərçivəsində sənaye borularının və digər texniki materialların tədarükü nəzərdə tutulur.

Məqsəd regionlarda tullantı sularının idarə olunması sistemlərinin fasiləsiz və səmərəli işini təmin etməkdir.

Xatırladaq ki, “Regional Su Meliorasiya Xidməti” ölkənin regionlarında su təsərrüfatı və meliorasiya tədbirlərinin həyata keçirilməsinə məsul publik hüquqi şəxsdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır