İşğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndində infrastrukturun yenidən qurulması çərçivəsində mühüm mərhələyə start verilib. Kəndin xarici su təchizatı və tullantı su şəbəkəsinin inşası ilə bağlı irimiqyaslı tender elan olunub.
Modern.az xəbər verir ki, "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi tərəfindən elan edilən müsabiqənin dəyəri 4 867 314,74 AZN-dir.
Layihə Tuğ kəndinin müasir standartlara uyğun bərpası və sakinlərin dayanıqlı kommunal xidmətlərlə təmin olunması məqsədini daşıyır.
Kəndə qayıdacaq əhalinin içməli su və kanalizasiya ehtiyaclarını tam qarşılanacaq.