2025-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC 392 blok-qatar qəbul edib.
Modern.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37 % artım deməkdir.
Ötən il ümumilikdə 135 300 TEU konteyner yük daşınıb ki, bu da əvvəlki ilin göstəricisindən (114 000 TEU) təxminən 19 % çoxdur.