Modern.az

Ağdamda 9 milyonluq tikinti işləri aparılacaq

Ağdamda 9 milyonluq tikinti işləri aparılacaq

İqtisadiyyat

15 Yanvar 2026, 10:20

Ağdam rayonu, Ağdam şəhəri, F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektləri, sahədaxili mühəndis-kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər), yaşıllaşdırma və abadlıq işlərinə başlanılır.

Modern.az bu barədə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, qurum bu işlərlə bağlı hazırlıq işlərini yekunlaşdırıb. Qurum görüləcək işləri “Körpü-Bina-Tikinti” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 9 milyon 321 min 499 manat olaraq müəyyən edilib.(Mənbə: İqtisadiyyat.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır