Dövlət Sərhəd Xidməti avtoşinlərin alışı üçün 2,6 milyon manatlıq tenderlər elan edib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti müxtəlif təyinatlı nəqliyyat vasitələri və texnikalar üçün avtoşinlərin satın alınması məqsədilə dörd böyük tender elan edib.
DSX-nin texniki parkının yenilənməsi çərçivəsində elan edilən müsabiqələr üzrə ümumi qiymət 2 629 946,99 AZN təşkil edir. Məbləğlər aşağıdakı təyinatlar üzrə bölünüb:
Xüsusi və yük maşınları (6x6) üçün yüksək keçid qabiliyyətli şinlər: 826 808,72 AZN
Zirehli texnikalar və KAMAZ markalı avtomobillər üçün şinlər: 745 726,49 AZN
Yük avtomobilləri və avtobuslar üçün şinlər: 539 690,56 AZN
Minik avtomobilləri üçün şinlər: 517 721,22 AZN