Modern.az

Azərbaycan Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırıb

Azərbaycan Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırıb

İqtisadiyyat

21 Yanvar 2026, 08:50

Keçən il biz 25 milyard kubmetrdən artıq təbii qaz ixrac etmişik. Bu həcmin təqribən 13 milyard kubmetri Avropaya ixrac edilib və bu rəqəm artacaq.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Bunun Avropa İttifaqının xahişi əsasında həyata keçirildiyini qeyd edən Azərbaycan Prezidenti Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa Komissiyası ilə enerji sektorunda strateji tərəfdaşlıqla bağlı sənədin imzalandığını xatırladıb. "Biz Avropaya qaz təchizatının həcminin iki dəfə - ovaxtkı 8 milyard kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılığımızı bildirdik. Beləliklə 3 ildən artıq bir dövrdə biz bu rəqəmi təxminən 13 milyard kubmetrə çatdırmışıq və həcm artacaqdır", - Prezident İlham Əliyev vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır