2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi açıqlanıb.
Modern.az xəbər verir ki, hesabat dövründə dövlət vəsaitlərini ən çox cəlb edən banklar məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 459 milyon 563 min manat təşkil edib.
İkinci yerdə "Azər Türk Bank" ASC qərarlaşıb – bankın bu istiqamətdə öhdəlikləri 205 milyon 958 min manat olub.
Növbəti sırada "Yelo Bank" ASC isə 144 milyon 836 min manat həcmlə yer alıb.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Premium Bank" ASC-də 73 milyon 191 min manat, "Bank VTB (Azərbaycan)" ASC-də isə 69 milyon 901 min manat öhdəlik qeydə alınıb.
Siyahını "Kapital Bank" ASC tamamlayır. Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 448 min manat təşkil edib. (Mənbə: Fed.az)