Modern.az

Azərbaycan kartof ixracından 28 milyon dollar qazanıb

Azərbaycan kartof ixracından 28 milyon dollar qazanıb

İqtisadiyyat

23 Yanvar 2026, 12:51

2025-ci il ərzində Azərbaycandan 28,4 milyon dollar həcmində 71,4 min ton kartof ixrac edilib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömruk Komitəsinə məlumat yayıb.

Kartof ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 7,9 milyon dollar və ya 38,5%, miqdar ifadəsilə isə 23,1 min ton, başqa sözlə 47,8% çoxdur.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 20,5 milyon dollar dəyərində 48,3 min ton kartof ixrac olunmuşdu.

2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 0,40 dollar (0,68 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,42 dollar (0,72 manat) idi. Bu da illik müqayisədə 0,02 dollar (0,04 manat) və ya 4,8% ucuzlaşma deməkdir.

Bu il ümumi ixracın 0,11%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,78%-i kartofun payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,08% və 0,61% olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır