Modern.az

Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb

Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb

İqtisadiyyat

24 Yanvar 2026, 11:20

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,71 ABŞ dolları və ya 2,5% artaraq 68,34 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,63 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır