Modern.az

Dövlət bu hallarda sərmayəni investordan ala bilər 

Dövlət bu hallarda sərmayəni investordan ala bilər 

İqtisadiyyat

10 Fevral 2026, 10:02

İnvestisiyaların dövlət ehtiyacları üçün, strateji əhəmiyyətə malik olan investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investordan alınması ayrı-seçkilik hesab edilməyəcək.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “İnvestisiya fəaliyyəti haqqında”  Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən Strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının  milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçirilə biləcəkdir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputat niyə vəfat etdi? SƏBƏB BU İMİŞ