Modern.az

Nazirlik Mingəçevirdə işlərə 1.4 milyon ayırdı

Nazirlik Mingəçevirdə işlərə 1.4 milyon ayırdı

İqtisadiyyat

10 Fevral 2026, 10:22

Mingəçevir şəhərində sənaye infrastrukturunun genişləndirilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində növbəti mühüm addım atılır.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Mingəçevir şəhəri, 3-cü Samux döngəsi 11 ünvanında yerləşən Mingəçevir Sənaye Parkının qazlaşdırılması ilə bağlı açıq tender elan edib.

Ümumi dəyəri 1 milyon 423 min 390 manat təşkil edən bu layihə çərçivəsində ərazidə müasir qaz təchizatı şəbəkəsinin qurulması və infrastrukturun tam formalaşdırılması nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
İran generallarını tələyə saldılar - Şoka salan KÜTLƏVİ ÖLÜM