Modern.az

7 kənd və 1 qəsəbədə bu işlərə 15 milyon ayrıldı

7 kənd və 1 qəsəbədə bu işlərə 15 milyon ayrıldı

İqtisadiyyat

10 Fevral 2026, 15:01

"Azərişıq" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərin elektrik təchizatının bərpası və yenidən qurulması istiqamətində növbəti irimiqyaslı layihəyə start verilir.

Modern.az xəbər verir ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını əhatə edən bu mühüm infrastruktur layihəsi bir neçə rayonun onlarla yaşayış məntəqəsini işıqla təmin edəcək.

Tenderin qiyməti 15 milyon 400 min 65 manat təşkil edir.

Layihə çərçivəsində Xocavənd şəhəri, eləcə də rayonun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinin elektrik təchizatı tamamilə yenilənəcək. Eyni zamanda, Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı və Kolatağ kəndləri, habelə Xocalı rayonunun Xanabad və Şuşakənd kəndlərində müasir elektrik kommunal xidmətlərinin qurulması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?