Modern.az

Bakıda köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı

Bakıda köhnə binalar təmir olunacaq - 25 milyon ayrıldı

İqtisadiyyat

10 Fevral 2026, 16:42

Paytaxtın yaşayış binalarının infrastrukturunun yenilənməsi məqsədilə genişmiqyaslı təmir işlərinə start verilir.

Modern.az xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilən yeni tender layihəsi Bakının beş böyük rayonunu əhatə edəcək.

Layihə çərçivəsində Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində yerləşən, dövlət mənzil fonduna aid olan binaların cari və əsaslı təmiri nəzərdə tutulur.

Müsabiqə üzrə görüləcək işlərin ehtimal olunan ümumi qiyməti 25 milyon 110 min 711 manat təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?