Modern.az

Qubada biznes və rəqəmsal inkişaf sammiti keçiriləcək

Qubada biznes və rəqəmsal inkişaf sammiti keçiriləcək

İqtisadiyyat

10 Fevral 2026, 18:42

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq.

Modern.az xəbər verir ki, tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan böyük holdinq, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.

Sammit çərçivəsində iştirakçıları gözləyir:

• Yerli istehsalçı və sahibkarların məhsul və xidmət sərgisi

• Karyera sərgisi və şirkətlərlə birbaşa əlaqə imkanı

• Rəqəmsal şirkətlər və innovativ texnoloji həllər zonası

• Banklar və maliyyə institutları ilə görüşlər və maliyyə imkanları

• Dövlət, biznes və təhsil strukturları arasında şəbəkələşmə mühiti

• Bakıdan böyük holdinq və aparıcı dövlət-özəl qurumlarla tanışlıq və əməkdaşlıq fürsətləri

Sammitin məqsədi regionda rəqabətqabiliyyətli və innovativ biznes ekosisteminin formalaşmasına, iqtisadi aktivliyin artmasına və uzunmüddətli tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?